...

Aqrar sektorun vergidən azad edilməsi investorlar üçün geniş imkanlar yaradır - Aqrar Elm və İnnovasiya Mərkəzi

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2022 17:16 (UTC +04:00)
Aqrar sektorun vergidən azad edilməsi investorlar üçün geniş imkanlar yaradır - Aqrar Elm və İnnovasiya Mərkəzi
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

İsrail biznesini Azərbaycanda salamlayırıq.

Trend-in məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Əkbər Abbasov Azərbaycan-İsrail biznes forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycanda əlverişli işgüzar mühit və geniş investisiya imkanları yaradılıb.

O qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatı sektoru vergidən azad edilib və bu, potensial investorlar üçün geniş imkanlar yaradır.

"Azərbaycan hökuməti azad edilmiş ərazilərin inkişafına böyük diqqət ayırır. Dövlətin təşəbbüsü ilə Qarabağ "yaşıl" zona elan edilib. Bu baxımdan kənd təsərrüfatı sektoru böyük rol oynayacaq", - Ə.Abbasov deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti