...

"Albayrak Holding" Bakı limanının tikintisinin ikinci mərhələsində iştirak etməyə hazırdır - Regional direktor

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Noyabr 2022 11:08 (UTC +04:00)
"Albayrak Holding" Bakı limanının tikintisinin ikinci mərhələsində iştirak etməyə hazırdır - Regional direktor

Trend-i buradan izləyin

Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin "Albayrak Holding" şirkəti Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin ikinci mərhələsində iştirak etməyə hazırdır.

Bunu bu gün Trend-ə müsahibəsində "Albayrak Group"un Azərbaycandakı regional direktoru Harun Öncü deyib.

Onun sözlərinə görə, şirkətlə Bakı limanı arasında müvafiq danışıqlar artıq aparılır.

"Qarşılıqlı razılaşma əldə olunacağı təqdirdə "Albayrak" tikintinin ikinci mərhələsi dövründə Bakı limanının gücünün genişləndirilməsi prosesinə cəlb oluna bilər. Onu qeyd etmək istəyirəm ki, "Albayrak" Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə sıx əməkdaşlıq edir. Yaxın zamanlarda agentliklə birgə layihənin icrası planlaşdırılır", - deyə o bildirib.

H.Öncü bildirib ki, "Albayrak" və Bakı limanı razılaşdırılmış tərəfdaşlıq çərçivəsində birgə mineral gübrələr terminalı inşa etməyi planlaşdırır.

"Həmçinin, razılaşma əsasında "Albayrak" Ro-Ro, konteyner və əsas terminalların əməliyyat proseslərini idarə edəcək. Bakı limanı ilə əməkdaşlığın birinci mərhələsində 30 milyon dollar həcmində investisiya büdcəsi formalaşdırmışıq. Dörd milyon dollar Bakı limanında konteyner aşırması üçün səyyar kranın inşasına yönəldilib. Əlbəttə investisiyalarımız bu vəsaitlərlə məhdudlaşmayacaq, əməkdaşlığımz genişləndikcə və yeni layihələr yarandıqca investisiyalar arta bilər", - H.Öncü deyib.

O əlavə edib ki, "Albayrak" Azərbaycanı azad edilmiş ərazilərin bərpasında da dəstəkləməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti