Bakı. Trend:
Orta dəhliz regionun iqtisadi inkişafına böyük təsir göstərir.
Trend-in məlumatına görə, bu sözləri Büdcə və inzibati məsələlər üzrə Avropa komissarı Yohannes Han İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində "Avrasiya Orta dəhlizi: Yoldan magistrala" mövzusunda keçirilən panel iclasında deyib.
“Dəhliz regionun özünün iqtisadi inkişafına böyük təsir göstərir, çünki Avropa nöqteyi-nəzərindən söhbət təkcə təchizat zənciri təminatından deyil, həm də dünyadan və qonşu ölkələrdəki stabillikdən gedir. İstənilən iqtisadi inkişaf böyük stabilliyə səbəb olur”, - o deyib.
Y.Han həmçinin bu cür təşəbbüsdə Çindən başlayaraq Avropaya qədər iştirakçı və benefisiarların olduğunu qeyd edib.
“Nə qədər çox ölkə cəlb olunsa, bu bir o qədər stabilliyə və çoxtərəfliliyə səbəb olacaq. Strateji və siyasi nöqteyi-nəzərdən bu çox vacibdir. Bizim maliyyələşdirmə üçün vasitələr toplumuz, investisiya banklarımız və zəmanət sxemimiz var. Avropa bu cür inkişafda çox maraqlıdır. Biz çox qərarlıyıq və əməkdaşlığa hazırıq”, - Avropa komissarı əlavə edib.