...

Azərbaycan və Türkmənistan arasında ticarət dövriyyəsi 3,6 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2023 08:09 (UTC +04:00)
Azərbaycan və Türkmənistan arasında ticarət dövriyyəsi 3,6 dəfə artıb
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-may aylarında Azərbaycan və Türkmənistan arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə (106,93 milyon dollar) 3,6 dəfə artaraq 392,74 milyon dollara çatıb.

Trend Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, hesabat dövründə Türkmənistan Azərbaycanla ticarət dövriyyəsinə görə ilk 15 ölkədən biri olub.

Hesabat dövründə Türkmənistanın Azərbaycana ixracı 354,42 milyon dollara çatıb ki, bu da 2022-ci ilin eyni dövrü (96,34 milyon dollar) ilə müqayisədə 3,6 dəfə artıqdır.

Bu dövrdə Türkmənistanın Azərbaycanın idxalının ümumi həcmində payı ötən ilin ilk 5 ayında 1,88 faizlə müqayisədə 5,18 faiz artıb.

Türkmənistan həmçinin 2023-cü ilin yanvar-may aylarında 2022-ci ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan idxalı 3,6 dəfə artırıb. İdxalın həcmi 10,58 milyon dollardan 38,32 milyon dollara yüksəlib.

Hesabat dövründə Azərbaycanın ümumi ixracatında Türkmənistanın payı 2022-ci ilin yanvar-may aylarındaki 0,07 faizlə müqayisədə 0,24 faiz təşkil edib.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan və Türkmənistan arasında ticarət dövriyyəsi 535,3 milyon ABŞ dolları təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti