Bakı. Trend:
Mediasiya institutu maliyyə mübahisələrinin həlli üçün keyfiyyətli mexanizmdir.
Trend -in bazar ertəsi verdiyi məlumata görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Toğrul Əliyev "Bank mübahisələrinin uğurlu həlli üsulları" mövzusunda keçirilən elmi-praktik konfransda deyib.
Onun sözlərinə görə, investorların hüquqlarının müdafiəsi və mübahisələrin həlli mexanizmlərinin genişləndirilməsi məsələlərini müzakirə etmək üçün AMB Vasitəçilik Şurası ilə müvafiq əməkdaşlıq memorandumu imzalayıb.
“Maliyyə institutlarında istehlakçıların şikayətlərinə baxılması üçün qanunun ciddi şəkildə tətbiqinə və tənzimləyici tərəfindən hazırlanmış metodiki bələdçiyə diqqət yetirilməsinə ehtiyac var. Bizim Vasitəçilik Şurası ilə mübahisələrin alternativ həlli mexanizmi formasında əməkdaşlığımız bu fəaliyyətin səmərəliliyini əhəmiyyətli dərəcədə artıra bilər. ”, - o əlavə edib.