...

Mərkəzi Bankın rəqəmsal manatın tətbiqi üçün bütün imkanları var - Taleh Kazımov

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2023 13:46 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Bank rəqəmsal manatın tətbiqi üçün bütün imkanlara malikdir.

Trend xəbər verir ki, bunu bu gün Mərkəzi Bankın idarə heyətinin sədri Taleh Kazımov uçot dərəcəsi parametrlərində dəyişikliklərə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Mərkəzi Bank ilk növbədə milli ödəniş sisteminin modernizasiyasını və optimallaşdırılmasını hədəfləyir.

Rəqəmsal manatın niyə hələ də tətbiq olunmadığından danışan T.Kazımov rəqəmsal valyutanın maliyyə stabilliyinə və monetar siyasətə təsiri üzərində tədqiqatların hələ sonadək aparılmadığını qeyd edib.

"Əlbəttə, rəqəmsal valyuta müəyyən risklərə malikdir və bunlar iqtisadiyyata təsir edə bilər, o cümlədən böyük miqdarda elektron resurs tələb edir. Sevindirici haldır ki, Mərkəzi Bank rəqəmsal manatın tətbiqi üçün bütün resurs və imkanlara malikdir, lakin biz milli ödəniş sisteminin modernizasiyası və optimallaşdırılmasına fokuslanmışıq, yenilik və innovasiyaların tətbiqinə isə sonra başlayacağıq", - deyə o açıqlayıb.

T.Kazımov həmçinin Mərkəzi Bankın texnologiya olaraq rəqəmsal valyutanı xüsusən müsbət qarşıladığını vurğulayıb.

"Biz bu gün bu məsələdə trendləri izləyirik, digər ölkələrin və aparıcı təşkilatların təcrübəsini öyrənirik. Mərkəzi Bankın idarə heyəti rəqəmsal manatı tətbiq etməyi lazım hesab edərsə, biz o zaman bu prosesə başlayacağıq", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti