...

Yaponiya Azərbaycanla tikinti sektorunda əməkdaşlıqda maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2024 19:55 (UTC +04:00)
Yaponiya Azərbaycanla tikinti sektorunda əməkdaşlıqda maraqlıdır
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiya Azərbaycanla tikinti sektorunda əməkdaşlıqda maraqlıdır.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA) baş katibi Şahanə Sarı "Tokyo Construction&Design 2024" sərgisində iştirakın yekunlarına həsr olunmuş mətbuat kofransında deyib.

"Ötən il ATMİA-nın dəvət etdiyi yapon ekspertlər Assosiasiyanın üzvləri üçün master-klasslar keçirib. Nəticədə, "Tokyo Construction&Design 2024" sərgisində qəbul etmək qərarı qəbul edilib. Yaponiya Azərbaycanla tikinti sektorunda əməkdaşlıqda maraqlıdır", - o deyib.

Qeyd edək ki, ATMİA 2017-ci ildə yaradılıb və artıq 400-dən çox üzvü var.

Assosiasiyanın əsas məqsədi Azərbaycanda tikinti sektorunun inkişafı, eləcə də, dövlət tərəfindən iqtisadi və sosial inkişaf sahəsində həyata keçirilən tədbirlərin təşviqindən ibarətdir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti