...

Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq innovasiyaların inkişafı üçün həlledici əhəmiyyətə malikdir - “IT PARK Uzbekistan”

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2024 17:07 (UTC +04:00)
Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq innovasiyaların inkişafı üçün həlledici əhəmiyyətə malikdir - “IT PARK Uzbekistan”
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq innovasiyaların gələcək inkişafı üçün həlledici əhəmiyyətə malikdir.

Trend xəbər verir ki, bu barədə “IT PARK Uzbekistan”ın icraçı direktoru Abdulahad Kuçkarov Bakıda "PASHA Holding" tərəfindən 4-cü dəfə təşkil edilən "INMerge” İnnovasiya Sammitində deyib.

Abdulahad Kuçkarov qeyd edib ki, bugünkü qlobal rəqabət regiondan kənara çıxır.

“Bir neçə il əvvəl ölkələr bir-biri ilə rəqabət aparırdı, indi isə Mərkəzi Asiya və Qafqaz dövlətlərinin Cənubi Asiya, Afrika və Avropa ilə xarici investisiyalar üzrə rəqabət apardıqlarını düşünürəm. Region ölkələri arasında əməkdaşlıq gələcək inkişaf üçün həlledici əhəmiyyətə malikdir. Burada görürük ki, Özbəkistan və Qazaxıstan eyni platformada çıxış edərək, hər iki ekosistemdən startapları təqdim edir.

Özbəkistan barədə danışsaq - 37 milyon insan. Qazaxıstanda isə - 20 milyon. Ancaq regionumuzu, Mərkəzi Asiya və Qafqazı, nəzərə alsaq, bu 100 milyon nəfərdən çoxdur. Regionun investisiyaları cəlb etmək üçün əsas üstünlüyü gənc istedadlardır. Regionun bütün ölkələrində, Qazaxıstan, Özbəkistan və ya Azərbaycan,da çox sayda istedadlı gənclər var”, - o qeyd edib.

Onun sözlərinə görə, gənc mütəxəssislər üçün təhsil infrastrukturu və proqramların yaradılması, eləcə də, şirkətlər və yeni layihələrlə məşğul olacaq tələbələr üçün infrastrukturların inkişafı mühüm əhəmiyyətə malikdir.

Qeyd edək ki, “PAŞA Holding”in təşkilatçılığı ilə həyata keçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək, onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də, innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.

Xəbər lenti

Xəbər lenti