...

MALİYYƏ NAZİRLİYİ DÖVLƏT QİYMƏLİ KAĞIZLARINI YERLƏŞDİRİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2005 11:31 (UTC +04:00)

AR Maliyyə Nazirliyi dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üçün 6-cı hərrac keçirib. Yerləşdirmənin gerçəkləşdirildiyi Bakı fond birjasından Trend ə verilən məlumata əsasən, emissiyanın həcmi 10 mlrd manat təşkil edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 13 093 000 000 manatdır və 99,20% (gəlirlik 10,51%) - 99,23% (gəlirlik 10,11%) qiymət hüdudunda təqdim edilib.

Kəsmə qiyməti Maliyyə Nazirliyi tərəfindən 99,20% (gəlirlik 10,51%) həcmində müəyyənləşdirilib. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 10 000 000 000 manat məbləğində müəyyənləşdirilib, o cümlədən 805 000 000 manat həcmində qeyri-rəqabətli siyarişlər. Hərracın yekunları üzrə orta ölçülmüş qiymət 99,21% (gəlirlik 10,38%) təşkil edib.

Beləliklə, cari ildə Maliyyə nazirliyi 185 mlrd manat həcmində DQK emisiya edib ki, bu da cari il üzrə buraxılmış DQK həcminin 46,25%-ni təşkil edir. Lakin DQK üzrə ilk hərrac uğursuz idi, ikincisində isə yalnız 31,96% DQK yerləşdirmək mümkün olub (25 mlrd manatdan 7,99 mlrd manat). Emissiyanın 100%-nin yerləşdirdiyi 3-cü, 4-cü və 5-ci həracları nəzərə alsaq, Maliyyə Nazirliyi 47,99 mlrd manat həcmində DQK və ya emissiya edilmiş DQK-ın 25,94%-ni yerləşdirib.

Xəbər lenti

Xəbər lenti