Dünya Bankı tərəfindən maliyyələşdirilən Azərbaycanın kənd investisiyaları layihəsi (AzRIP) pilot layihələrin reallaşdırılmasını başa çatdırır.
AzRIP-in direktoru Sübhan Əhmədovun Trend ə verdiyi məlumata görə, sentyabrın sonuna kimi 6 mikrolayihənin həyata keçirilməsi başa çatacaq.
"Həmin vaxta kimi 2 məktəbda, 2 artezian quyusunda və 2 yerli əhəmiyyətli yolda işlər başa çatacaq.
AzRIP-i həyata keçirən qrup işlərin gedirişi ilə bağlı monitorinq keçirib və orta hesabla, onların artıq 65% yerinə yetirildiyini elan edib", - deyə S.Əhmədov bildirib. 6 layihəyə qrant şəklində 200 min dollar qrant ayrılıb. Laiyhələrin dəyəri 30 min dollardan 48 min dollara qədərdir.
Muğan-Salyan zonasında kənd icması üçün məktəblərin təmir olunması və yolların bərpası, Şirvan zonasında məktəblərin tikintisi və icma üçün içməli suyun təmin edilməsi, Naxçıvan icması üçün yolların bərpası və su təminatı maliyyələşdirilir.
Dünya Bankının Direktorlar Şurası 2004-cü il iyunun 3-də AzRIP üçün 35 il müddətinə 10 il hissə-hissə ödəməklə və illik dərəcəsi 0,75 % olan 15 milyon dollar vəsaitin ayrılması təsdiqləyib.
Kreditin 2009-cu il martın 31-də ödənilməsi nəzərdə tutulub. AzRIP-in reallaşdırılması üçün texniki dəstək olaraq Yaponiya hökuməti 3,3 milyon dollar qrant ayırıb.
Layihə göstərilən zonalarda 21 kəndi əhatə edir. Onun ümumi büdcəsindən (21,1 milyon dollar) Dünya Bankının ayırdığı 15 milyon dollar qrant şəklində sosial istiqamətli layihələrin həyata keçirilməsinə - kənd icmalarının infrastrukturlarının inkişafına ayrılacaq.