...

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏ NAZİRLİYİ ƏLİL VƏ ŞƏHİD AİLƏLƏRİNİN MƏNZİL ŞƏRAİTLƏRİNİN YAXŞILAŞDIRILMASI İSTİQAMƏTİNDƏ İŞLƏRİ DAVAM ETDİRİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Sentyabr 2005 12:50 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitlərinin yaxşılaşdırılması üzrə işləri davam etdirir. Bu barədə Trend ə Nazirlikdən bildirilib. Bu məqsədlə dövlət strukturu regionlarda yaşayış binalarının tikintisi üzrə işlər aparır. Kürdəmir rayonunda əhalinin həmin kateqoriyası üçün binaların tikintisi üzrə tender elan edilib. Burada 16 mənzildən ibarət 2 mərtəbəli binanın tikintisi nəzərdə tutulur. Tikinti işləri 5 ay müddətində həyata keçiriləcək.

Tenderdə maraqlı şirkətlər oktyabrın 5-nə kimi qeydiyyatdan keçməli və oktyabrın 19-na kimi öz təkliflərini verməlidir. Tender proseduru oktyabrın 20-də nazirlikdə keçiriləcək.

Hazırda Sumqayıt, Xaçmaz və Bakının Nizami rayonunda da belə binalar tikilir. Bundan başqa, Sumqayıtda əlillər üçün xüsusi idman-sağlamlıq mərkəzinin tikintisi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti