...

VARŞAVADA AZƏRBAYCAN-POLŞA İQTİSADİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI ÜZRƏ MƏSLƏHƏTLƏŞMƏLƏR KEÇİRİLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2005 14:28 (UTC +04:00)

Azərbaycanın baş nazirinin müavini Abid Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti Varşavadadır. Polşanın Azərbaycandakı səfirinin müşaviri Voyçeh Quretskinin Trend ə verdiyi məlumata görə, nümayəndə heyəti sentyabrın 7-dən 10-na kimi Polşa paytaxtında keçirilən XXI İqtisadi forumunun işində iştirak edəcək.

Diplomatın sözlərinə görə, "Davos forumu"na analoji olan bu toplantının işində Mərkəzi Avropa ölkələrinin, eləcə də Ukrayna, Polşa, Slovakiya, Macarıstan və digər ölkələrin prezidentləri, baş nazirləri, siyasətçiləri, eləcə də işgüzar şəxslər və jurnalistlər iştirak edir.

Toplantıda əsasən Mərkəzi Avropa ölkələrinin iqtisadi əməkdaşlıq perstektivləri müzakirə olunacaq. Azərbaycan bu forumda hər il iştirak edir. Bu dəfə isə ölkə daha yüksək səviyyədə təmsil olunub və bu bizim üçün çox vacibdir"- deyə diplomat bildirib.

Onun sözlərinə görə, forum çərçivəsində hökumət nümayəndə heyətləri və işgüzar şəxslərlə ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılıb. Azərbaycan hökumətinin baş nazirinin müavini həm digər ölkələrin, həm də Polşa tərəfinin nümayəndələri ilə rəsmi və qeyri-rəsmi görüşlər keçirəcək. "Görüşlərdə Azərbaycan-Polşa iqtisadi əlaqələrinin ikitərəfli inkişafı müzakirə olunucaq" -deyə Quretski qeyd edib.

Xəbər lenti

Xəbər lenti