...

SENTYABRDA AZƏRBAYCANIN SIĞORTA CƏMİYYƏTLƏRİ BİRLİYİ HƏYATIN SIĞORTASI QAYDALARININ TƏSDİQ OLUNMASI ÜÇÜN MÜRACİƏT EDƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2005 19:35 (UTC +04:00)

Azərbaycanın sığorta cəmiyyətləri birliyi (ASCB) həyatın könüllü sığortalanması üçün hüquqi bazanın formalaşdırılmasını bərpa edəcək.Birliyin sədri Akif Kərimov Trend ə bildirib ki, dünən ASCB idarə heyəti bu məsələni müzakirə edib.

"Rəyasət heyəti həyatın könüllü sığortalanması qaydalarının öncədən hazırlanmış layihəsinə qayıtmağı qərara aldı.Sentyabr ayı ərzində biz maliyyə və ədliyyə nazirliyinə sığortanın şərtlərini hazırladığımız bu qaydaların təsdiqi üçün müraciət edəcəyik.

Müqayisə üçün keçmiş SSRİ dövründə respublikada həyatını sığortalamış təxminən 500 min polis var idi.İndiyədək Azərsığorta Dövlət kommersiya sığorta şirkəti 370 min polis üzrə nə indeksasiya, nə də ödəmə həyata keçirməyib " - deyə A.Kərimov qeyd edib.

Birlik Amerikanın sığorta assosiasiyası (AIA) ilə Azərbaycanda həyatın sığortalanmasının inkişafına yardıma dair razılığa gəlib.

Bu gün həyatın sığortası ölkədə sığorta dövriyyəsinin 10%-ni verir ki, bu da dünya təcrübəsinə ziddir.Dünya təcrübəsində bu növün payına dövriyyənin 90%-i düşür.

Xəbər lenti

Xəbər lenti