...

BAKIDA ÜMUMDÜNYA GÖMRÜK TƏŞKİLATININ MDB ÖLKƏLƏRİ ÜZRƏ REGİONAL KOMMUNİKASİYA QOVŞAĞININ MİLLİ RƏHBƏRLİYİNİN İCLASI KEÇİRİLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2005 16:50 (UTC +04:00)

Bakıda Ümumdünya Gömrük Təhşkilatının (ÜGT) MDB ölkələri üzrə regional kommunikasiya qovşağının milli rəhbərliyinin II iclası keçiriləcək. Azərbaycanın Dövlət Gömrük Komitəsindən (DGK) Trend ə verilən məlumata görə, tədbir sentyabrın 14-15-də DGK regional tədris mərkəzində keçiriləcək.

Komitədən həmçinin bildiriblər ki, iki günlük iclasın işində informasiyaların operativ mübadiləsinin təmin olunması ilə yanaşı bu məlumatların qorunması, həmçinin 2005-ci il iş planının yerinə yetirilməsinin vəziyyətivə 2006-cı il üçün tədbirlər planı müzakirə ediləcək.

Yuxarıda göstəridən kommunikasiya şəbəkəsinin köməyi ilə gömrük orqanları arasında informasiya mübadiləsi aparmaq mümkündür ki, bunun da nəticəsində narkotik, psixotrop maddələrin qaçaqmalçılığına və s. qarşı mübarizənin yeni metodlarının həyata keçirmək olar. Tədbirdə MDB və ÜGT-nın gömrük xidmətlərinin nümayəndələri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti