...

BEYNƏLXALQ BİRJALAR ASSOSİASİYASININ MARKETİNQ VƏ İNFORMASİYA XİDMƏTLƏRİ İLƏ GÖRÜŞÜNDƏ BBIB TƏŞƏBBÜSLƏ ÇIXIŞ EDƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2005 14:45 (UTC +04:00)

Cari ilin oktyabrında Bakı Banklararası Valyuta Birjası (BBIB) Bakıda MDB-nin Beynəlxalq Banklar Assosiasiyasının üzvlərinin marketinq və informasiya xidmətləri rəhbərlərinin ilk görüşü keçiriləcək. Bu barədə Trend ə BBIB-nin informasiya-analitika bölməsinin rəisi Vüqar İsrafilov məlumat verib. Onun sözlərinə görə, görüşün oktyabrın 6-8-də keçirilməsi planlaşdırılıb.

"Görüşün gedişində biz bir sıra məsələləri, o cümlədən, maliyyə bazarının inkişafında informasiya əməkdaşlığının rolu, təcrübə mübadiləsi, birjanın marketinq xidməti və informasiya-konsaltinq xidməti bölmələrinin ihçilərinin təcrübə keçməsi və s. müzakirə etməyi planlaşdırmışıq ", - deyə V.İsrafilov bildirib.

Onun sözlərinə görə, hazırda bütün birja gəlirlərinin 7-8%-ni təşkil edən informasiya xidmətləri birjanın fəaliyyətində sərbəst bölmədir.

"Görüşün ilk dəfə keçirilməsi ilə əlaqədar burada hər hansı bir sənədin qəbul ediləcəyi ehtimal edilmir. Lakin biz bir sıra təkliflərlə, o cümlədən, belə görüşlərin ənənvi olaraq hər il Bakıda keçirilməsi, eləcə də BBA-nın maliyyələşdirməsi hesabına əməkdaşların mübadiləsi və təcrübə keçməsi kimi təkliflərlə çıxış etməyi planlaşdırırıq. ", - deyə V.İsrafilov qeyd edib.

Xəbər lenti

Xəbər lenti