...

AZƏRBAYCAN MDB ÖLKƏLƏRİ AQROSƏNAYE KOMPLEKSİ MƏSƏLƏLƏRİ ÜZRƏ ŞURASININ İCLASINDA İŞTİRAK EDƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Oktyabr 2005 13:54 (UTC +04:00)

Azərbaycan Müstəqil Dövlətlər Birliyinin (MDB) aqrar-sənaye kompleksiməsələlri üzrə hökumətlərarası Şurasının növbəti sessiyasında iştirak edəcək. Kənd Təsərrüfatı Nazirliyindən Trend ə verilən məlumata görə, tədbir oktyabrın 26-dan 28-nə kimi Kiyevdə keçiriləcək.

Nazirlikdən bildirilib ki, Şuranın iclasında kənd təsərrüfatı naziri İsmət Abbasovun iştrakı planlaşdırılır.

Şuranın sonuncu, 17-ci iclası 2004-cü il oktyabrın 27-də Bakıda Rusiya Federasiyasının kənd təsərrüfatı naziri Aleksey Qordeyevin sədrliyi altında keçirilib. Bundan əvvəlki iclasın gedişində 2004-cü ildə MDB ölkələringə aqrar-sənaye istehsalının vəziyyəti ilə bağlı hesabat dinlənilib, eləcə də forumun iştirakçıları MDB üzvü olan ölkələrin ümumi aqrar bazarı barədə Razılaşmanın reallaşdırılmasının gedişi, 2010-cu ilə qədər olan dövrdə taxıl bazarının yaradılmasının əsas istiqamətləri barədə məsələlər müzakirə olunmuşdu. Azərbaycan stğrukturda 1993-cü ildən, onun yarandığı vaxtdan iştirak edir.

Xəbər lenti

Xəbər lenti