...

MDB Statistika Komitəsi: Azərbaycanda 2005-ci ilin yanvar-oktyabr aylarında inflyasiya 11,4% təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2005 18:20 (UTC +04:00)

Azərbaycanda yanvar-oktyabr aylarında 2004-cü ilin eyni dövrü ilə müqayisədə inflyasiyanın səviyyəsi 11,4% təşkil edib. Bu barədə Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlətlərarası Statistika Komitəsi məlumat verib.

Komitənin məlumatına görə, cari ilin yanvar-oktyabrda inflyasiyanın nisbətən yüksək səviyyəsi Ukraynada (14%), Rusiyada (13%) qeydə alınıb. İnflyasiyanın nisbətən aşağı həddi isə Ermənistanda (0,8%) qeydə alınıb. Moldovada inflyasiya 12,3%, Belorusda 10,8%, Gürcüstanda 8,5%, Tacikistanda 7,7%, Qazaxıstanda 7,6%, Qırğızıstanda 4,2% olub. Orta hesabla, bu ilin yanvar-oktyabr aylarında MDB-də inflyasiya 13% təşkil edib.

Bu ilin oktyabrında Rusiya MDB ölkələri arasında inflyasiya göstəricisinə görə Qırğızıstanla 5-ci yeri (0,6%) bölüşür. Oktybar ayında Gürcüstanda inflyasiya 1,7%, Moldovada 1,5%, Qazaxıstanda 1%, Belorus və Ukraynada 0,9%, Azərbaycanda 0,5%, Tacikistanda 0,2%, Ermənistanda 0,1% olub.

Komitğənin məlumatlarında Türkmənistan və Özbəkistanla bağlı məlumat verilmir.

Xəbər lenti

Xəbər lenti