...

Ərizələrin kifayət qədər olmaması ilə əlaqədar aksiz markalarının satışı üzrə tender təxirə salınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2005 16:14 (UTC +04:00)

Azərbaycanda istehsal olunan və ölkə ərazisinə idxal olunan tütün məmulatları və spirtli içkilər üçün aksiz markalarının hazırlanması üzrə Maliyyə nazirliyi tərəfindən dekabrın 20-nə elan olunmuş tender qeyri-müəyyən vaxta təxirə salınıb. Nazirlikdən Trend ə verilən məlumata görə, buna əsas səbəb tenderdə iştirak etmək üçun təqdim olunmuş ərizələrin kifayət qədər olmamasıdır. "Tender haqqında" Qanuna əsasən, tender proseduru üçdən çox iştirakçının olduğu halda keçirilə bilər.

Aksiz markalarının hazırlanmasına 2006-cı ilin dövlət büdcəsindən 2,539 mln yeni manat ayrılacaq.

2001-ci ildən nazirliyin aksiz markalarının hazırlanması sifarişini "Ukraynanın Poliqrafiya kombinatı" yerinə yetirirdi. Lakin yeni tədarükçünün müəyyən ediməsində məqsəd bundan ibarətdir ki, 4 il ərzində baş vermiş inflyasiya prosesləri nəticəsində nəinki qiymətlər dəyişib, həm də markaların müdafiə sistemi təkmilləşdirilməlidir.

Tender çərçivəsində respublikada istehsal olunmuş pivə üçün 50 mln, spirtli içkilər üçün - 20 mln, tütün məmulatları üçün - 280 mln və idxal edilən tütün məmulatları üçün - 300 mln ədəd aksiz markası çap etmək təklif olunur.

Pretendentlər tərəfindən təklif olunan məhsul beynəlxalq standartlara cavab verməlidir. Tender "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcək.

Xəbər lenti

Xəbər lenti