...

ADDY bəzi stansiyaların adını dəyişəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Yanvar 2006 20:12 (UTC +04:00)

Azərbaycan dövlət dəmir yolunun (ADDY) kollegiyası "Azərbaycanın bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" qanuna müvafiq olaraq qərar qəbul edib. Bu barədə Trend ə ADDY-də bildirilib.

Qərara əsasən "Qazıməmməd"stansiyası "Hacıqabul", "Duvanı" - "Qobustan", "Znoyni" - "Xıdırlı", "Hacıyev" - "Qarasu", "Montin" - "Nərimanov", "Fioletov" - "Pİ- 2-ci km" adlandırılıb.

ADDY-nin baş mühəndisi Qurban Nəzərovun sözlərinə görə, qərar qəbul edilənədək arxeologiya və etnoqrafiya İnstitutunun, Qaradağ, Nərimanov, Hacıqabul rayonları İcra hakimiyyətlərinin, MDB və Baltikyanı ölkələrin dəmir yolu Şurasının rəyləri öyrənilib. Bütün dəmiryol təsərrüfatları ADDY kollegiyasının qərarı barədə məlumatlandırılıb.

Xəbər lenti

Xəbər lenti