...

Vergilər Nazirliyi operativ vergi nəzarətini gücləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2006 16:47 (UTC +04:00)

2005-ci ildə həyata keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində 17 782 vergi ödəyicisinə məxsus 17 805 obyektdə qanun pozuntuları aşkar edilib. Trend Vergilər Nazirliyinin məlumatına istinadən bildirir ki, bu dövr ərzində 18 770 protokol və akt tərtib olunub, 590 min AZN (2 949,9 mln. AZM) məbləğində inzibati cərimə kəsilib və 95,1 min AZN (475,4 mln. AZM) məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Ötən il ərzində 570 vergi ödəyicisinə məxsus 544 obyektdə həyata keçirilən operativ vergi nəzarəti zamanı aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış 54,3 min AZN (271,7 mln. AZM) məbləğində 214,4 min ədəd mal aşkar edilib. Müsadirə edilmiş malların satışından dövlət büdcəsinə 20,3 min AZN (101,6 mln. AZM) həcmində vəsait köçürülüb.

Bundan başqa, həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində 5652 obyektdə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması, 1 583 obyektdə isə valyuta sərvətlərindən ödəniş vasitəsi kimi istifadə olunması faktları aşkar edilib.

Ötən il həm də işlərin yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə işəgötürənlər arasında əmək müqavilələrinin bağlanmasına nəzarət tədbirləri gücləndirilib. Bu məqsədlə 3 774 vergi ödəyicisində vergi nəzarəti həyata keçirilib və bunlardan 2 665-də qanun pozuntuları aşkar edilib.

Xəbər lenti

Xəbər lenti