...

MDB Gömrük xidməti rəhbərləri Şurasının növbəti iclası 2007-ci ildə Bakıda keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Yanvar 2006 13:00 (UTC +04:00)

Buraxılış məntəqələrinin qaydaya salınması, təhlükəsizlik standartları və qlobal kompyuterləşmə üzrə hüquq bazasının təkmilləşdirilməsi bu gün Peterburq yaxınlığındakı Strelne şəhərində keçirilən MDB ölkələri gömrük xidmətləri Şurasının 42-ci iclasında bu xidmətlərinin qarşısında birinci dərəcəli vəzifə kimi qoyulub.

Trend in məlumatına görə, iclasda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) baş katibi Mişel Dane iştirak edib və MDB gömrük xidmətləri rəhbərlərinə 2005-ci ilin yayında Ümumdünya Ticarət Təşkilatının (ÜTT) sessiyasında qəbul edilən təhlükəsizliyin çərçivə standartları və dünya ticarətinin sadələşdirilməsinin tətbiqi strategiyasını təqdim edib.

Həmin iclasda Şuranın sədri seçilib. Bundan sonra Şuraya Rusiyanın Federal Gömrük Xidmətinin rəhbəri Aleksandr Jerixov başçılıq edəcək və növbəti iclas 2007-ci ildə Bakıda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti