...

Bakıda McDonalds-ın üçüncü restoranı açılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2006 16:29 (UTC +04:00)

Bakıda McDonalds-ın üçüncü restoranı açılacaq. Bu barədə Trend ə McDonalds-dan məlumat verilib.

"Hazırda restoranın yerləşəcəyi binada bəzək işləri aparılır və dizaner tərtibatı verilir", - deyə şirkətdən bildiriblər.

Restoranın rəsmi açılışı mart ayına planlaşdırılıb. Onun istismara veriləcəyi dəqiq tarix isə hələ müəyyən edilməyib. Yeni restoran "N.Nərimanov adına" metro stansiyasının yaxınlığında yerləşəcək.

İlk McDonalds restoranı 1999-cu ildə açılıb, ikincisi isə 2002-ci ildən fəaliyyət göstərir.

McDonalds-dan həmçinin, bildirilib ki, hər iki restoranın işçilərinin ümumi sayı 100 nəfərdən artıqdır. Yeni - üçüncü restoranda işçilərin sayı təxminən 50 nəfər təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti