...

İsmət Abbasov: "Azərbaycanda ev quşları arasında "quş qripi" virusu aşkar olunmayıb"

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2006 10:47 (UTC +04:00)

"Azərbaycanda ev quşları arasında "quş qripi" virusu aşkar olunmayıb". Trend in ATV telekanalına istinadən xəbər verdiyi kimi, bu barədə fevralın 25-də jurnalistlərə kənd təsərrüfatı naziri İsmət Abbasov məlumat verib. Onun sözlərinə görə, belə hal qeydə alınarsa, o zaman "quş qripi"nin qarşısının alınması və bütün qurumların bu sahədə birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə dövlət komissiyası bu barədə dərhal məlumat verəcək.

Nazir bildirib ki, müxtəlif illərdə Azərbaycanda quşların məhvi ilə bağlı hallar mövcud olub və buna səbəb olan "nyu kasl", "taun" kimi xəstəliklər var. Lakin bu gün insanlar arasında nə isə bir təlaş yaranıb ki, əgər hansısa quş xəstələnibsə, deməli, bu, quş qripidir", - deyə İ.Abbasov qeyd edib.

Nazirin məlumatına görə, Dövlət Baytarlıq Xidməti yanında baytarlıq laboratoriyası fəali yyət göstərir. Bu laboratoriya üçün "quş qripi" virusunu aşkar edən aparat alınıb.

Xəbər lenti

Xəbər lenti