...

Yanvarda Naxçıvan MR-də mal dövriyyəsi $7743,7 min təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2006 16:43 (UTC +04:00)

Yanvar ayında Naxçıvan Muxtar Respublikasında (NMR) mal dövriyyəsi $7743,7 min təşkil edib. Bu barədə Trend ə NMR-in Bakıdakı daimi nümayəndəliyində bildirilib.

Ticarət əməliyyatlarının 86,1%-i Türkiyə, 5,4% - İran, 4,9% - Almaniya, 0,7% - Pakistan, 0,4% - Koreya, 0,3% - Özbəkistan, 0,3% - Avstriya, 0,2% - Böyük Britaniya, 0,2% - Belçika, Rusiya və Fransanın payına düşür.

Yanvarda NMR-in dövlət büdcəsinə 20991,9 min manat düşür ki, bu da 2005-ci ilin yanvarı ilə müqayisədə 2002,1 min manat yaxud 10,5% çoxdur.

Azərbaycan Milli bankının məlumatına görə, 28.02.06 tarixində dolların manata rəsmi məzənnəsi 0,9130 AZN. təşkil edib.

Xəbər lenti

Xəbər lenti