...

Bakı qəsəbələrinin inkişafı proqramı çərçivəsində investisiya xərcləri müəyyən edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2006 19:03 (UTC +04:00)

2006-2007-ci illərdə Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı Azərbaycan prezidentinin təsdiq etdiyi tədbirlər proqramına əsasən, paytaxtın Sabunçu rayonunun qazla təmin edilməsi layihəsinə 10681,4 min AZN (bundan 1823,3 min AZN "Azəriqaz" QSC-nin vəsaiti hesabına) sərf olunması nəzərdə tutulur.

Trend bildirir ki, energetika layihələri çərçivəsində 18936 min AZN (bundan 15258,6 min AZN - "Azərenerji" SC və Barmek enerjipaylayıcı şirkəti və 3677,4 kreditlər hesabına) xərclənəcək. Yol təsərrüfatı və nəqliyyat infrastrukturuna 985,4 min AZN. (bundan 450,3 min AZN. AR DNŞ və rayon icra hakimiyyətlərinin hesabına) sərf olunacaq. Proqram çərçivəsində Sabunçu rayonuna cəmi 48212 min AZN. xərclənəcək

Binəqədi rayonu üzrə qazla təminat layihəsinə 3809,2 tıs. AZN (bundan 1543,3 min AZN "Azəriqaz" QSC-nin vəsaiti hesabına) sərf olunması nəzərdə tutulur. Energetika layihələri çərçivəsində 20501 min AZN (bundan 16533 min AZN - "Azərenerji" və Barmek-in, 9324,6 min manat kreditlər hesabına) xərclənəcək. Yol təsərrüfatına və nəqliyyat infrastrukturuna 3060 min AZN. (bundan 2060 min AZN. Nəqliyyat nazirliyi və rayonların icra hakimiyyətlərinin hesabına) sərf olunacaq. Proqram çərçivəsində Binəqədi rayonuna cəmi 42891,2 min AZN. xərclənəcək.

Suraxanı rayonu üzrə qazla təminat layihəsinə 1052,2 min AZN (bundan 369,4 min AZN. "Azəriqaz"ın vəsaiti hesabına) sərf olunması nəzərdə tutulur. Energetika layihələri çərçivəsində 11405,7 min AZN (bundan 11405,7 min AZN - "Azərenerji" və Barmek) xərclənəcək. Yol təsərrüfatı və nəqliyyat infrastrukturuna 1610 min AZN. (bundan 610 min AZN rayon icra hakimiyyətlərinin hesabına) sərf olunacaq. Proqram çərçivəsində Suraxanı rayonuna cəmi 33871,9 min AZN. xərclənəcək.

Səbael rayonu üzrə qazla təminat layihəsinə 1089,1 min AZN. (bundan 872 min AZN. "Azəriqaz"ın vəsaiti hesabına) sərf olunması nəzərdə tutulur.Energetika layihələri çərçivəsində 13993,2 min AZN. (rayonun elektrik enerjisi sisteminin tamamilə yenidən qurulması üçün bütün vəsaiti Barmek verəcək) xərclənəcək. Yol təsərrüfatı və nəqliyyat infrastrukturuna 940 min AZN. (bundan 540 min AZN. rayon icra hakimiyyətlərinin hesabına) sərf olunacaq. Proqram çərçivəsində Səbael rayonuna cəmi 20990,3 min AZN. sərf olunacaq

Qaradağ rayonu yzrə qazla təminat layihəsinə 535 min AZN. (bundan 531 min AZN "Azəriqaz"ın vəsaiti hesabına) sərf olunması nəzərdə tutulur. Energetika layihələri çərçivəsində 13249,7 min AZN. (bundan 9336,7 min AZN - "Azərenerji" və Barmek, 3913 min AZN. kreditlər hesabına) xərclənəcək. Yol təsərrüfatı və nəqliyyat infrastrukturuna 9300 min AZN. (bundan 8300 min AZN. rayon icra hakimiyyətləri, nəqliyyat nazirliyi və AR DNŞ-in hesabına) sərf olunacaq. Proqram çərçivəsində Qaradağ rayonuna cəmi 45952,7 min AZN. xərclənəcək.

Nizami rayonu üzrə qazla təminat layihəsinə 996,5 min AZN. (bundan 347,5 min AZN. "Azəriqaz"ın vəsaiti hesabına) xərclənməsi nəzərdə tutulur. Energetika layihələri çərçivəsində 350 min AZN. (Barmek-in hesabına) xərclənəcək. Yol təsərrüfatı və nəqliyyat infrastrukturuna 500 min AZN. (bundan 200 min AZN. rayon icra hakimiyyətlərinin hesabına) sərf olunacaq. Proqram çərçivəsində Nizami rayonuna cəmi 7920,5 min AZN. xərclənəcək.

Xətai rayonu üzrə energetika layihələri çərçivəsində 872,2 min AZN. (bundan 872,2 min AZN - "Azərenerji") sərf olunacaq. Yol təsərrüfatı və nəqliyyat infrastrukturuna 130 min AZN. (bundan 100 min AZN rayon icra hakimiyyətlərinin hesabına) xərclənəcək. Proqram çərçivəsində Xətai rayonuna cəmi 6536,2 min AZN. sərf olunacaq.

Əzizbəyov rayonu üzrə qazla təminat layihəsinə 5615,2 min AZN (bundan 987,4 min AZN. "Azəriqaz"ın vəsaiti hesabına) sərf olunması nəzərdə tutulur. Energetika layihələri çərçivəsində 18395,8 min AZN. (bundan 15192,4 min AZN - "Azərenerji" və Barmek, 3203,4 min AZN kreditlər hesabına) xərclənəcək. Yol təsərrüfatı və nəqliyat infrastrukturuna 5000 min AZN. (bundan 1450 min AZN rayon icra hakimiyyətləri və nəqliyyat nazirliyinin hesabına) sərf olunacaq. Proqram çərçivəsində Əzizbəyov rayonuna cəmi 52023 min AZN. xərclənəcək.

Xəbər lenti

Xəbər lenti