...

Dövlət Gömrük komitəsinin rəhbəri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2006 20:54 (UTC +04:00)

Bu gün Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Türkiyənin Azərbaycandakı səfiri Turan Moralını qəbul edib. Trend bildirir ki, bu barədə DGK-nin məlumatında deyilir.

DGK rəhbəri qeyd edib ki, yaxın vaxtlarda DGK əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyəyə gedəcək. Tədbirin əsas məqsədi xüsusilə dəniz sərhədlərinin mühafizəsində, təhlükəsizlik məsələlərində təcrübə mübadiləsi, həmçinin bu fəaliyyətin həyata keçirilməsi üçün texniki vasitələrlə tanışlıqdır.

Səfir T.Moralı Türkiyənin Azərbaycandakı iş adamlarının gömrük orqanları ilə bağlı heç bir problemi olmadığını diqqətə çatdırıb və bu məsələdə gömrük komitəsinin fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə həmçinin iki ölkə arasındakı qarşılıqlı iqtisadi münasibətlər müzakirə edilib. Səfir qeyd edib ki, Türkiyə tərəfi gələcəkdə də blokadada olan Naxçıvan MR-in iqtisadi vəziyyətinin gücləndirilməsi ilə bağlı tədbirlər həyata keçirmək niyyətindədir, eləcə də işğal olunmuş ərazilər azad olunduqdan sonra mövcud iqtisadi əlaqələri genişləndirməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti