...

Ziya Məmmədov: "Sərnişin daşıma tarifləri bazar sistemi üzrə tənzimlənməlidir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2006 11:54 (UTC +04:00)

2006-cı ildə bəzi neft məhsullarının (o cümlədən təyyarə yanacağının) qiymətinin bahalaşması ilə əlaqədar daxili marşrutlarda biletlərin tarifinin artması planlaşdırılmır. Trend in xəbər verdiyi kimi, bu barədə martın 2-də nəqliyyat naziri Ziya Məmmədov məlumat verib. O qeyd edib ki, daxili marşrutlar üzrə reyslər həyata keçirən şirkətlər özünü maliyyələşdirmə sistemi ilə işləyir. Beləliklə, onlar əlavə yanacaq xərclərini kompensasiya etmək hüququna malikdir. "Biletlərin qiyməti bazar sistemi əsasında tənzimlənməlidir. Qiymətlər həm bahalaşa, həm də ucuzlaşa bilər", - deyə nazir bildirib.

Analoji vəziyyət dizel yanacağı ilə işləyən avtomobil nəqliyyatında da müşahidə olunur. Z.Məmmədov qeyd edib ki, dizel yanacağının qiymətinin bahalaşması daşımaların maya dəyərinin 30-35% artmasına gətirib çıxarıb. Daşımanın bu növünün qiyməti də bazar sistemi əsasında tənzimlənməlidir. Belə ki, avtomobil bazarında sərnişin daşıyanların 99%-i özəl şirkətlər və fiziki şəxslərdir.

Xəbər lenti

Xəbər lenti