...

TUSİAB XII ümumi toplantısını keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2006 16:39 (UTC +04:00)

Keçən həftə TUSİAB XII ümumi toplantısını keçirib. Trend in xəbər verdiyi kimi, bu barədə müəssisənin martın 9-da yayılmış press-relizində deyilir.

TUSİAB-ın illik fəaliyyəti ilə bağlı məruzə dinlənilib. Tədbirdə təşkilatın idarə heyətinin sədri və üzvləri, o cümlədən TUSİAB-ın digər strukturlarının üzvləri seçilib. 2005-ci ildən təşkilata rəhbərlik edən Tekfen şirkətinin rəhbəri Bataçar Baysal növbəti müddətə TUSİAB-ın rəhbəri seçilib.

1994-cü ildə yaradılmış TUSİAB 250 türk şirkətini birləşdirir. Sərmayənin ümumi həcminin $2 milyarddan çox olduğu bu şirkətlərdə 53 min azərbaycanlı işləyir.

Xəbər lenti

Xəbər lenti