...

Bank of Baku"nun lotereya kampaniyasının qalibləri müəyyən olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2006 11:56 (UTC +04:00)

Martın 4-də Bank of Baku"nun "Mikrokreditlər" proqramı üzrə lotereya kampaniyasının uduşu keçirilib. Trend in xəbər verdiyi kimi, bankın press-relizində deyilir ki, 400-dən çox sahibkarın və xüsusi qonaqların iştirak etdiyi tədbirdə mikrokredit sahəsində tətbiq olunan dəyişikliklər və yeniliklər müştərilərin nəzərinə çatdırılıb.

Bank tərəfindən təşkil olunmuş tədbirdə kampaniyada iştirak edən sahibkarlar arasında qaliblərin adları müəyyən olunub. Qeyd edək ki, uduş fondu qol saatı, mobil telefon, DVD player, musiqi mərkəzi, televizor və Antalyaya 2 nəfərlik səyahət kimi hədiyyələrdən ibarət idi.

Uduş prosesinin obyektivliyini təmin etmək məqsədilə bank tərəfindən KİV, turizm paketini təqdim etmiş "Dərviş" şirkəti, Azərbaycan Banklar Assosiasiyası və sığorta şirkətinin nümayəndələrindən ibarət komissiya təşkil olunub.

Tədbirin sonunda bankın rəhbərliyi müştərilərə bu dövr ərzində şəffaf və sağlam əməkdaşlığa görə öz təşəkkürünü bildirərək, gələcəkdə belə görüşlərin xoş bir ənənə halını almasını arzulayıb.

Qeyd edək ki, cari ilin mart ayının 1-nə bankın mikrokredit portfelinin həcmi 1.7 mln. dollardan artıq təşkil edir. Bu isə həmin göstəricinin keçən ilə nisbətən 2 qat artımını (110%-ə yaxın) göstərir.

Xəbər lenti

Xəbər lenti