...

Respublika Bankı AB ölkələri ilə ticarət əməliyyatlarına kreditlər ayıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Mart 2006 13:25 (UTC +04:00)

Almaniyanın Bankgesellschaft Berlin bankı və Respublika Bankı $5 mln. həcmində kredit xəttinin açılmasına dair əsas sazişi imzalayıb. Trend in məlumatına görə, Respublika Bankının məlumatında deyilir ki, bu proqram çərçivəsində bank Avropa Birliyi (AB) ölkələrindən Azərbaycana mal tədarükü üçün kreditlər verəcək.

Respublika Bankı sahibkarlığın kreditləşdirilməsi və ticarət maliyyələşdirməsi üçün müxtəlif proqramlar çərçivəsində beynəlxalq maliyyə institutlarının kredit xətlərini artıq mənimsəyib. Bu beynəlxalq kredit xətləri arasında AYİB-in $6,5 mln., Almaniyanın DEG investisiya korporasiyasının $5 mln., Almaniya-Azərbaycan Fondunun 2 mln. avro və s. həcmdə da kredit xətlərini qeyd etmək olar.

Xəbər lenti

Xəbər lenti