...

Bakıda ucuz ətriyyat istehsalı üzrə sex aşkar olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2006 17:12 (UTC +04:00)

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar siyasəti üzrə Departamenti aprelin 10-na kimi ölkənin ətriyyat bazarında monitorinqi başa çatdırmağı planlaşdırır. Departamentin direktoru Rəhim Hüseynovun Trend ə verdiyi məlumata görə, aparılan araşdırmalar nəticəsində paytaxtda qiyməti $1 olan Chanel-5 və Chanel-19 fransız ətirli sularının topdansatış anbarları aşkar edilib. Departamentin əməkdaşları bu ətriyyat məhsulunun ölkənin ticarət şəbəkələrində ucuz qiymətə ( $20) satıldığını aşkar ediblər.

Bu mərhələdə əsas vəzifə bu məhsulun harada istehsal olunduğunu aşkar etməkdir. Aşkar olunan sexlərdə sənədlərin tələb olunması planlaşdırılıb.

R.Hüseynov monitorinqin yekunları üzrə istehlakçı hüquqlarının, eləcə də intellektual mülkiyyət hüquqlarının pozulmasının və sanksiyaların qəbul edilməsinə kimi pozuculara qarşı ölçülərin qəbul edilməsini mümkünlüyünü istisna etmir.

Xəbər lenti

Xəbər lenti