...

Unibank ilk ipoteka kağızını qeydiyyata alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2006 18:48 (UTC +04:00)

Mayın 8-də Azərbaycan prezidenti yanında Qiymətli kağızlar üzrə Dövlət Komitəsi UniBank tərəfindən buraxılan ilk ipoteka kağızını qeydə alıb. Trend in verdiyi məlumata görə, bu barədə UniBank-ın press-relizində bildirilir.

İpoteka kağızı UniBank-ın maliyyələşdirdiyi 25900 AZN məbləğində ipoteka krediti üzrə verilib. Kredit borc götürənə 15 il müddətinə illik 12% -lə təqdim edilib.

Bankın riteyl xidmətlər üzrə direktoru Faiq Zeynalovun sözlərinə görə, ipoteka kağızlarının emissiya və qeydiyyatı bank tərəfindən həyata keçirilən ipoteka kreditləşdirilməsinin reallaşdırılmasında mühüm addımlardan biridir. Bu gün ipoteka kreditləşməsi fiziki şəxslərə kreditlərin verilməsi istiqamətində ən çox tələbat olan xidmətlərdən biridir.

Xəbər lenti

Xəbər lenti