...

Maliyyə Nazirliyi bu günlərdə ilk hesab-faktura partiyasını alacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2006 20:02 (UTC +04:00)

Vergilər Nazirliyi ƏDV vergi ödəyicilərini xəbərdar edir ki, iyunun 15-dən sonra yeni hesab-fakturalar almaq üçün onlar yerli maliyyə orqanlarına müraciət edə bilər. Trend agentliyi nazirliyə istinadən yazır ki, 2007-ci ilin iyunun 1-dən yeni hesab-fakturaların tətbiqinə başlanacaq. Bu barədə Maliyyə Nazirliyi Vergilər Nazirliyini xəbərdar edib.

Nazirlər Kabinetinin qaydalarına əsasən, hesab-fakturaların sifarişi, satışı və uçotunun mərkəzləşdirilmiş qaydada aparılması Maliyyə Nazirliyinə tapşırılıb. Nazirlik "Çaşıoğlu" nəşriyyatına artıq 3 mln. vergi hesab-fakturası sifariş edib. Maliyyə Nazirliyindən Trend ə verilən məlumata əsasən, bu günlərdə 1,2 mln həcmdə ilk hesab-faktura partiyasının alınması gözlənilir. Ümumilikdə 4 partiya olacaq (qalanları 600 min həcmində).

Hesab-fakturalar vergiödəyicilərinə təxminən 300 köhnə manata (6 qəpik) veriləcək. Bazarda hesab-fakturaların orta dəyəri 350-450 köhnə manatdır. "Çaşıoğlu" 166,380 min manatlıq sifarişi yerinə yetirəcək.

Xəbər lenti

Xəbər lenti