...

"Xəzər neft və qazı- 2006" beynəlxalq sərgi-konfransında 10 ölkənin hökümət nümayəndələrinin iştirakı gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2006 14:46 (UTC +04:00)

Trend xəbər verib ki, 6-8 iyunda Bakıda keçiriləcək "Xəzər neft və qazı- 2006" beynəlxalq sərgi-konfransında təxminən dünyanın 10 ölkəsinin hökümət nümayəndələrinin iştirakı gözlənilir.

Onların arasında Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, İran, İzrail, ABŞ, Böyük Britaniya və s. ölkələr də var.

Ukraynanın Azərbaycandakı səfirliyindən xəbər veriblər ki, gələcək sərgi-konfransda Ukraynanı "Ukrtransnaftı" dövlət müəssisəsinin idarə heyətinin başçısı Aleksandr Todeyçukun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Böyük Britaniya səfirliyindən bildiriblər ki, Böyük Britaniyanın ticarət-sənaye departamentinin beynəlxalq enerji təhlükəsizliyi idarəsinin baş direktoru xanım Coann Naknout Böyük Britaniyanı təmsil edəcək.

Bu beynəlxalq tədbirdə İzraili infrastruktur naziri Benyamin Ben-Yeleyeyzer, Rusiyanı - "Lukoyl"un prezidenti Vahid Ələkbərov, Gürcüstanı - energetika nazirinin müavini İsaak Novruzov, Qazaxıstanı - energetika və mineral resurslar nazirinini müavini Lyazat Kiinov, İranı nazir müavini təmsil edəcək.

Qalan ölkələr Azərbaycandakı diplomatik missiyaların başçıları səviyyəsində təmsil olunacaqlar.

Xəbər lenti

Xəbər lenti