...

Şeyx Saleh bin Abdulla Kamal: "İslam TSP Azərbaycan iqtisadiyyatının inkişafına əlindən gələn köməyi etməyə hazırdır"

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2006 15:01 (UTC +04:00)

"İslam Ticarət-Sənaye Palatası Azərbaycanın iqtisadi inkişafına dəstək üzrə bir sıra layihələr hazırlamağı və nəzərdən keçirməyi planlaşdırır". Trend in xəbər verdiyi kimi, bu barədə iyunun 22-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə ilə görüşündə İTSP prezidenti Şeyx Saleh bin Abdulla Kamal bildirib.

Onun sözlərinə görə, iyunun 22-də Bakıda Azərbaycanın Ticarət-Sənaye Palatası və İTSP arasında əməkdaşlığa dair protokol imzalanıb. Sənəddə Bakıda İTSP-nin bir nümayəndəsinin akkreditasiyası nəzərdə tutulur.

"Nümayəndəmiz Azərbaycandakı vəziyyəti öyrənəcək və bundan sonra müvafiq layihələr hazırlayacaq", - deyə Şeyx Saleh bin Abdulla Kamal bildirib. O qeyd edib ki, "Azərbaycana dəstək bütün islam dünyasının borcudur".

Sonda İTSP prezidenti QMİ rəhbərini Səudiyyə Ərəbistanına səfərə dəvət edib.

Xəbər lenti

Xəbər lenti