...

Rusiya texnikasını aparan növbəti eşelonun Azərbaycandan nə vaxt keçəcəyi təyin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2006 16:07 (UTC +04:00)

Rusiyanın Gürcüstandakı hərbi bazasından Rusiyaya hərbi texnika aparan növbəti eşelon iyulun 4-də Azərbaycandan keçəcək. Bu barədə Trend ə Azərbaycanın Dövlət dəmiryolu idarəsindən bildiriblər.

Bu günə qədər Rusiyaya hərbi texnika aparan altı eşelon Azərbaycandan keçib.

Azərbaycan dəmir yolu nümayəndələrinin qeyd etdiyi kimi, Rusiya tərəfi respublika ərazisindən 400 vaqonun keçməsi üçün ərizə verib. Vaqonlar MDB və Azərbaycanda qəbul olunmuş təhlükəsizlik tələblərinə müvafiq olaraq respublika ərazisindən keçir.

Xəbər lenti

Xəbər lenti