...

Azərbaycanda "Məhsuldarlıq və rəqabət qabiliyyəti üzrə işə götürən təşkilatların fəaliyyətinin artırılması" layihəsi həyata keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2006 16:04 (UTC +04:00)

Azərbaycan Milli Sahibkarlar Təşkilatları Konfederasiyası (AMSTK) Beynəlxalq əmək təşkilatının dəstəyi ilə "Məhsuldarlıq və rəqabət qabiliyyəti üzrə işə götürən təşkilatların fəaliyyətinin artırılması" layihəsini həyata keçirir.

Trend in konfederasiyanın məlumatına istinadən verdiyi xəbərə görə, layihənin məqsədi məhsuldarlıq və rəqabət qabiliyyəti üzrə üzv-şirkətlərə və potensial üzvlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, sahibkarlıq üzrə tədris biznesinin artırılmasıdır.

Layihənin icrası üçün müəssisələrin məhsuldarlıq və rəqabətə davamlılığı sahəsində tədqiqatlar aparılıb və onların əsasında milli hesabat və AMSTK-in tədbirlər planı və strategiyası hazırlanıb.

Layihənin iş planına məhsuldarlıq və rəqabət qabiliyyəti üzrə məlumatlanmağın yüksəldilməsi, biznes sahəsində sahibkarların biliklərinin genişləndirilməsi daxildir.

İyulun 3-dən başlayaraq, konfederasiya məhsuldarlıq və rəqabət qabiliyyəti sahəsində yerli kadrlar üçün məşq kurslarına başlayıb. Kurslarda 10 nümayəndə iştirak edir.

Xəbər lenti

Xəbər lenti