...

Bank of Baku II rüb üzrə maliyyə göstəricilərinə yekun vurub

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2006 19:34 (UTC +04:00)

Bank of Baku II rüb üzrə maliyyə göstəricilərinə yekun vurub. Trend banka istinadən xəbər verir ki, onun aktivləri ötən ilin analoji müddətilə müqayisədə 8,60 mln. manat artaraq 52,12 mln. manat təşkil edib. Kredit portfelinin həcmi 6 ay ərzində 34,58 mln. manat artıb.

Bank of Baku-nun təmiz mənffəti bu altı ay ərzində 26% artaraq 1,58 mln. manat təşkil edib. Bununla yanaşı ümumi gəlirlər 5,25 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrinə nisbətən 1,68 mln. manat və ya 47% çoxdur. Xərclərə gəldikdə isə, bu göstərici 41% artaraq 3 mln. manata çatıb.

2006-cı ilin II rübündə bankın depozit portfeli 37,62 mln. manat təşkil edib.

Ödənilmiş nizamnamə fondu 6,8 mln. manat səviyyəsində qalıb, məcmu kapitalı 13 mln. manatı keçib.

Xəbər lenti

Xəbər lenti