...

Reymond Konvey: Azərbaycanda özəlləşdirmə prosesi fəallaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2006 19:33 (UTC +04:00)

"Özəlləşdirmə zamanı Azərbaycanda müəyyən yüksəkliş və enmə müşahidə olunub. Lakin mən hesab edirəm ki, niyyət vacibdir. Bir neçə problem yarandı ki, bunlar da dövləti özəlləşdirmə ilə bağlı bəzi əvvəlki müqavilələrə təkrar baxmağa vadar etdi" - deyə bu barədə, Trend agentliyinin məlumatına əsasən, AYİB-in Bakı nümayəndəliyinin rəhbəri Reymond Konvey bildirib.

Onun sözlərinə görə, bank respublikada müəssisələrin özəlləşdirilməsi üçün birbaşa investisiya ayırmayıb. "Biz banklar və kredit xəttimizdən istifadə edən müştərilər vasitəsilə investisiya ayrımışıq" - deyə o vurğulayıb.

"Biz investorlar tərəfindən hazırlanmış özəlləşdirmə prosesində iştirak edirik. Hər şey onların istəyindən asılıdır" - deyə R.Konvey əlavə edib.

Xəbər lenti

Xəbər lenti