...

Sərnişin daşıma prosesində iştirak edən fiziki və hüquqi şəxslər nəqliyyat vasitələrini bərpa etmək imkanına malikdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2006 13:11 (UTC +04:00)

Hazırda sərnişin daşıma prosesində iştirak edən fiziki və hüquqi şəxslər balanslarında olan nəqliyyat vasitələrini təzələmək imkanına malikdir. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov məlumat verib. Nəqliyyat vasitələrinin bərpası Bakıda sərnişin daşıma xidmətlərinin kefiyyətinin artırılması üçün zəruridir. Hazırda bu göstərici aşağı səviyyədədir", - deyə nazir qeyd edib.

Respublika prezidentinin sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin Nəqliyyat Departamenti ölkənin Nəqliyyat Nazirliyinə verilib. Prezidentin sərəncamı çərçivəsində Nəqliyyat Nazirliyi tərəfindən təhvil-təslim prosesi ilə məşğul olacaq komissiya yaradılıb.

Sərəncamda göstərilir ki, bu, həm idarəetmədə təkrara yol verilməməsi, həm də islahatların aparılması məqsədilə həyata keçirilib. İslahatların mahiyyəti əsasən bunlardan ibarətdir: şəhər nəqliyyatında intizamın yaradılması, marşrutlarda araşdırmaların aparılması, marşrutların pasportlaşdırılması, sərnişin axınının öyrənilməsi, nəqliyyat sisteminin müasir səviyyədə olması.

Xəbər lenti

Xəbər lenti