...

Avtoqəza nəticəsində yanmış iki azyaşlının vəziyyəti ağırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2006 14:46 (UTC +04:00)

İyulun 24-də gecə saatlarında Ələt-Astara yolunun Cəlilabad şəhəri ərazisində baş verən avtoqəza nəticəsində yanmış 3 yaşlı Sənan Camalovun və 6 yaşlı Murad Camalovun vəziyyəti ağırdır. Bu barədə Trend ə Respublika Dövlət Yol Polis İdarəsindən məlumat verilib.

Yanğın Cəlilabad şəhər sakini Emin Həsənovun idarə etdiyi "VAZ-2105" markalı avtomaşınla Maşlıq kənd sakini Mənsur Camalovun idarə etdiyi "M" markalı motosikletin toqquşması nəticəsində baş verib. Hadisə zamanı azyaşlılar motosikletdə olublar. Motosikletin sürücüsü Mansur Camalov da yanıq xəsarətləri alıb və vəziyyəti orta-ağırdır. Hazırda hər üç yaralı xəstəxanada həkim nəzarəti altındadır.

Faktla əlaqədar təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti