...

Azərbaycan İpoteka Fondu regional filialını açmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2006 14:27 (UTC +04:00)

Lənkəranda "Azərbaycan Respublikasının bölgələrində ipoteka kreditləşməsi sisteminin genişləndirilməsi" mövzusuna dair iclas keçirilib.

İclas Azərbaycan İpoteka Fondu, Lənkəran şəhəri və Azərbaycan Respublikası Milli Bankın ərazi idarəsinin rəhbərliklərinin birgə iştirakı ilə keçirilib. Trend in xəbər verdiyi kimi, bu barədə Fondun məlumatında deyilir.

Görüş zamanı Azərbaycan İpoteka Fondunun icraçı direktoru Faiq Məmmədov təqdimat mərasimi keçirməklə, Azərbaycanda ipoteka kreditləşməsi sisteminin formalaşmasının mərhələləri və şərtləri zəminində bu sistemin üstünlükləri və bu müddət ərzində əldə olunan nəticələr haqqında ətraflı məlumat verib. O, həmçinin, bölgədəki yerli bankların nümayəndələri ilə də görüşüb.

Görüşlərin yekunları üzrə Azərbaycan Respublikası Milli Bankın ərazi idarəsi nəzdində Azərbaycan İpoteka Fondunun məlumat xidmətinin təşkil edilməsi, daha sonra isə AİF-in bölgə üzrə filialının açılması məsələsinə baxılacağı planlaşdırılır. Belə tədbirlərin Azərbaycanın digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti