...

"Azəralüminium" Gəncə gil-torpaq zavodunda tikinti işləri üzrə tenderi bağlı elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2006 13:04 (UTC +04:00)

"Azəralüminium" Gəncə gil-torpaq zavodunda bir sıra işlərin yerinə yetirilməsi üzrə tenderin qaliblərini müəyyən edib. Trend in xəbər verdiyi kimi, tender 4 lot üzrə keçirilib: - istiliyin keçirilməməsi üzrə işlər, nəqliyyat sexində texniki xidmət binasının və maşınlar üçün çardaqların inşası, iki buxarlandırma aparatının bərpası və beton işləri.

1-ci və 4-cü lot üzrə qalib Azərbaycanın Istilik Sistemləri Servis Mərkəzi, 2-ci və 3-cü lot üzrə isə - Real Tikinti Quraşdırma olub.

1-ci və sonuncu lot üzrə işlər 2006-cı ilin sonlarınadək, 2-ci lot üzrə - 2006-cı ilin oktyabrınadək, 3-cü lot üzrə isə - 2006-cı ilin noyabrınadək başa çatmalıdır.

Xəbər lenti

Xəbər lenti