...

AVTOVAZ 2007-ci ildən etibarən 1,4 l mühərrikli Lada Kalina avtomobillərini buraxmağa başlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2006 16:39 (UTC +04:00)

"AVTOVAZ" ASC 2007-ci ilin iyun ayından etibarən 1,4 l həcmli 16 klapanlı mühərrikə malik "Lada Kalina" avtomobillərinin buraxılışına başlayacaq. Şirkətin mətbuat xidmətinin verdiyi xəbərə görə, yeni aqreqatın gücü 90 at gücüdür. Bundan başqa, AVTOVAZ-da Lada Kalina avtomobilində dizel mühərriklərinin quraşdırılma ehtimalı gözdən keçirilir.

Trend in RBK-ya istinadən verdiyi xəbərə görə, Lada Kalina ailəsi sedan, hetçbek və universaldan ibarətdir. Lada Kalina sedanlarının satışına 2005-ci ilin may ayında başlayıblar. Lada Kalina avtomobil ailəsinin istehsalı üzrə layihəyə qoyulan sərmayələrin həcmi 3,5 mlrd. rubl təşkil edib.

Ehtimal olunur ki, müəssisə Kalina avtomobillərinin 220 min avtomobildən ibarət layihə gücünə 2007-ci ildə çatacaq.

Xəbər lenti

Xəbər lenti