...

Azərbaycan və Türkiyə NMR-in "Eksimbank"a olan borc öhdəlikləri ilə bağlı problemin tezliklə həlli barədə razılığa gəlib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2006 11:07 (UTC +04:00)

Azərbaycan və Türkiyə Naxçıvan Muxtar Respublikasının Türkiyənin "Eksimbank"ına 1994-cü ildə əmələ gəlmiş borc öhdəlikləri ilə bağlı problemin tezliklə həlli barədə razılığa gəlib.

Azərbaycanın Maliyyə Nazirliyindən Trend ə verilən məlumata görə, bu məsələ Azərbaycan-Türkiyə hökumətlərarası komissiyasının iclasında müzakirə olunub. Borcun ümumi məbləği $20 mln təşkil edir və blokadada olan NMR üçün taxılın alınması nəticəsində əmələ gəlib.

Türkiyə tərəfi AR-in Eksimbanka olan digər borcunu da restrukturlaşdırmağa hazırdır. Buna görə də ölkə borcun qaytarılması şərtlərinin müzakirəsini təklif edir. Azərbaycan hökuməti borcun digər hissəsi üzrə ödənişlərə bu il başlayıb.

Azərbaycan $250 mln məbləğində kreditin ümumi həcminin 74 mln dollarını istifadə edib. İmzalanmış protokola görə, kredit restrukturlaşdırılıb və $74 mln məbləğində borc 2010-cu ilədək ödənilməlidir. Bundan başqa Azərbaycan $48 mln məbləğində kreditin bir hissəsi üzrə faiz ödəməyəcək, kreditin digər hissəsinə görə isə ($26 mln.) illik 2% müəyyən edilib. Nazirlik faiz ödənişlərini 2005-ci ildən həyata keçirməyə başlayıb.

Eksimbankın ayırdığı kredit müxtəlif məqsədlər - taxıl, dərman vasitələri və s. alınması üçün istifadə olunub.

Xəbər lenti

Xəbər lenti