...

Bu gün Vıborq gəmiqayırma zavodunda "Maxambet" neftdaşıyan tankeri suya buraxılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2006 13:55 (UTC +04:00)

Bu gün Vıborq gəmiqayırma zavodunda qazax Mobilex Energy üçün "Maxambet" neftdaşıyan tankeri suya buraxılacaq. Trend in xəbər verdiyi kimi, gəmi Xəzər dənizində xam neftin və neft məhsullarının daşınması üçün nəzərdə tutulub. Texniki layihə "Vımpel" konstruktor bürosu tərəfindən hazırlanıb.

"Maxambet" tankeri "Vıborq gəmiqayırma zavodu" ASC tərəfindən Qazaxıstan sifarişçiləri üçün tikilmiş və təhvil verilmiş tankerlər seriyasında altıncıdır. Bu seriyanın ilk gəmiləri "Astana" və "Alma-Ata" 00210 baza layihəsi üzrə qurulub və 2005-ci ilin birinci yarısında sifarişçiyə təhvil verilib.

Bir qədər sonra layihədə kiçik dövriyyəli əsas mühərrikin orta dövriyyəliyə dəyişdirilməsi ilə əlaqədar dəyişikliklər edilib. Müasirləşdirilmiş layihəli iki gəmi - "Qazaxıstan" və "Abay" əvvəlki gəmilərin təhvil verilməsindən bir neçə ay sonra sifarişçiyə təhvil verilib.

Hazırda müəssisədə "Aktau" tankerinin sifarişçiyə verilməsi üçün hazırlıq işləri aparılır. Paralel olaraq, "Maxambet" tankerində tamamlanma işləri görüləcək və məcburi sınaq silsiləsindən sonra o, Qazaxıstan tərəfinin nümayəndələrinə təhvil veriləcək.

Xəbər lenti

Xəbər lenti