...

AZAL və British Airways şirkətlərinin Bakı-London-Bakı reysi üzrə qrafikində heç bir dəyişiklik yoxdur

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Avqust 2006 12:45 (UTC +04:00)

Avqustun 11-də British Airways aviaşirkətinin London-Bakı reysi ilə uçan təyyarəsi cədvələ uyğun olaraq çatıb. Bu barədə Trend ə aviaşirkətin mətbuat xidmətinin başçısı Tatyana Mikayılova xəbər verib. Onun sözlərinə görə, növbəti təyyarə bu gün Bakı vaxtı ilə saat 12.00-da Bakıdan Londona uçacaq.

Mətbuat xidmətinin başçısı həmçinin bildirib ki, Londondan fərqli olaraq, Bakıda təyyarənin sərnişinləri arasında xüsusi yoxlama keçirilmir.

Azərbaycan Hava Yollarının (AZAL) məlumat bürosundan Trend ə verilən xəbərə görə, avqustun 11-də konsernin növbəti təyyarəsi Londona uçub. Uçuşun saat 06.35 -ə planlaşdırılmasına baxmayaraq, təyyarə Bakı vaxtı ilə saat 07.55-də havaya qalxıb.

Xəbər lenti

Xəbər lenti