Azərbaycan tərəfi gürcü çaxırının Azərbaycanın və digər ölkələrin bazarlarında irəliləməsinə yardım etmək niyyətindədir. Trend in Gürcüstandakı xüsusi müxbiri xəbər verir ki, Batumidə gürcü çaxırının dequstasiyası zamanı Azərbaycanın baş naziri Artur Rəsizadə bəyan edib ki, gürcü çaxırı xarici bazarları istila etmək üçün əla perspektivlərə malikdir.
Baş nazir ona yaxşı təsir bağışlayan çaxırların keyfiyyətini xüsusi olaraq vurğulayıb. O qeyd edib ki, Gürcüstanın hökümət orqanlarının son zamanlar çaxırın keyfiyyətinin yaxşılaşdırılması və saxtalaşdırma ilə apardığı mübarizə üzrə səyləri öz nəticələrini verib.
Öz növbəsində, Gürcüstanın baş naziri Zurab Noqaideli əminliklə qeyd edib ki, bu il gürcü çaxırının Azərbaycana idxal həcmi kəskin surətdə artacaq.
"Orada yaxşı gürcü çaxırını tanıyır və sevirlər", - deyə o qeyd edib.
Gürcü çaxırının dequstasiyasında iştirak edən Azərbaycanın işgüzar dairələrinin nümayəndələri də gürcü brendlərindən razı qaldıqlarını bildirib.