MDB Dövlətlərarası Statistika Komitəsinin məlumatına əsasən, bu ilin 7 ayı ərzində Azərbaycanda yükdaşımalarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 11 % artıb. Trend in xəbər verdiyi kimi, MDB Dövlətlərarası Statistika Komitəsinin məlumatlarına görə, 2006-cı ilin yanvar-iyul aylarında yükdaşımalarının ən az artımı Qırğızıstanda qeydə alınıb (2005-ci ilin eyni dövrünə nisbətən 2,7%).
Keçən ilin analoji dövrü ilə müqayisədə Qazaxıstanda yükdaşımalarının həcmi 3,7 % artıb. Ukraynada 2006-cı ilin yeddi ayı ərzində yük daşımaları keçən ildəkinə nisbətən 6,8% artıb. 8,4%-lik artım isə Belarusda qeydə alınıb. Yeddi ay ərzində Rusiya Federasiyasında yükdaşımaların həcmi 109,6%, Tacikistanda isə bu rəqəm 115% təşkil edib.
Yükdaşıma həcminin azalması Moldovada qeydə alınıb, belə ki, burada bu rəqəm yanvar-iyul aylarında keçən ilin yeddi ayı ilə müqayisədə 89,7% təşkil edib.
2006-cı ilin 7 ayı ərzində MDB ölkələri üzrə yükdaşımalarının həcmi (boru kəməri ilə nəqlolma istisna olmaqla) orta hesabla keçən ildəkinə nisbətən 7% artıb.