...

Vergilər Nazirliyi 21701 obyektdə kassa aparatlarından istifadə ilə bağlı qanun pozuntusu aşkarlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2006 18:36 (UTC +04:00)

Sentyabrın 7-nə olan vəziyyətə görə, operativ vergi nəzarəti üzrə geniş miqyaslı tədbirlər çərçivəsində 88 009 obyektdə vergi reydləri keçirilib. Trend in Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin məlumatına istinadən verdiyi xəbərə görə, 21701 obyektdə qanun pozuntusu faktları aşkarlanıb. Nəticədə qanun pozucularına qarşı 1973,477 min manat məbləğində inzibati cərimə tətbiq olunub.

Bakıda keçirilən vergi reydləri nəzarət-kassa aparatlarından istifadə və alıcılara çeklərin verilməsi, yəni əhali ilə nağd pul hesablaşmasının aparılması qaydalarına riayət etməyi nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti